Türkiyəli məşhur aktyor vəfat etdi - FOTO
Türkiyəli tanınmış aktyor, rejissor və dramaturq Nedret Denizhan dünyasını dəyişib.
meqale.com xəbər verir ki, aktyorun vəfatı ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrları rəsmi açıqlama yayıb. Açıqlamada bildirilib:
"Teatrımızın ustad sənətkarlarından olan Nedret Denizhanı itirməyin dərin üzüntüsünü yaşayırıq. Kədərli ailəsinə, bütün sevənlərinə və Türk teatrına səbir diləyirik."
1946-cı ildə İstanbulda doğulan sənətçi teatr fəaliyyətinə cəmi 8 yaşında İBB Şəhər Teatrlarının uşaq bölməsində başlayıb.
Bir müddət Şəhər Operasında rejissor assistenti kimi çalışıb, operettalarda rol alıb. Operanın bağlanmasından sonra yenidən Şəhər Teatrlarına qayıdaraq aktyorluqla yanaşı, səhnə direktoru vəzifəsini icra edib.
1974-cü ildə böyük ustad Muhsin Ertuğrul tərəfindən təhsil üçün Almaniyaya göndərilib. 1977-ci ildən etibarən peşəkar rejissorluğa başlayıb.