FİFA klubların qış "transfer pəncərəsi"ndə nə qədər pul xərclədiklərini açıqlayıb

Qış "transfer pəncərəsi"ndə futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb.

FİFA klubların qış
Qış "transfer pəncərəsi"ndə futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu, dövrələrarası fasilələr tarixinin ən yüksək ikinci göstəricidir.

Qeyd olunub ki, 2024-cü ilin yanvarında klublar tərəfindən reallaşan transferlərin sayı təxminən 4700 olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Futbolçulara ən çox pulu fransız klubları xərcləyiblər - 291,9 milyon dollar. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə klublarının xərcləri isə il ərzində, demək olar ki, 80% azalıb.