Fənərbağçada gözlənilən ayrılıq - FOTO

Fənərbağçada uzun müddətdir tənqidlərin hədəfində olan Youssef En-Nesyri ilə bağlı qərar verilib.  Klub rəhbərliyi, qış transfer dönəmində Mərakeşli hücumçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırlaşır.

Keçən mövsüm zaman-zaman komandanın qol yükünü çəksə də, istənilən sabitliyi göstərə bilməyən En-Nesyri bu mövsümdə də eyni vəziyyəti davam etdirib. Hücum xəttinə Jhon Duran transferi edilsə də, onun zədələnməsi səbəbilə gözlər yenidən En-Nesyriyə çevrilmişdi. Lakin ulduz futbolçu nə azarkeşləri, nə də texniki heyəti razı sala bildi.