Erlinq Holanndan Çempionlar Liqasında REKORD

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann Çempionlar Liqası tarixində üç fərqli klubda ardıcıl beş oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

meqale.com xəbər verir ki, ulduz forvard turnirin 4-cü turunda "Borussiya Dortmund"a qarşı keçirilən görüşdə fərqlənərək komandasının 4:1 hesablı qələbəsinə töhfə verib və ardıcıl beş oyunluq qol seriyasını davam etdirib.

Holann daha əvvəl bu uğura "RB Zalsburq" (2019/2020) və "Borussiya Dortmund" (2020/2021) klublarının heyətində də nail olub.

2022-ci ildən "Mançester Siti"nin formasını geyinən 24 yaşlı futbolçunun klubla müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. O, cari mövsümdə 18 oyuna çıxaraq 21 qol vurub və 2 asistlə yadda qalıb.