Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.

Ərdoğan Putinlə nəyi müzakirə edəcək?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bildirib.

Ö.Çelik qeyd edib ki, ikitərəfli münasibətlərdə, o cümlədən Ankaranın İsveçin NATO-ya qəbulu üçün protokolun ratifikasiyası prosesini sürətləndirmək qərarı ilə bağlı böhran gözlənilmir.