Dünyanın ən faydalı qidalarından biridir

Aparılan araşdırmalardan sonra bəlli olub ki, ən faydalı çərəz badamdır. Onun orqanizm üçün faydaları saydıqca bitmir.

Dünyanın ən faydalı qidalarından biridir
Aparılan araşdırmalardan sonra bəlli olub ki, ən faydalı çərəz badamdır. Onun orqanizm üçün faydaları saydıqca bitmir.

meqale.com Axşam.az-a istinadən bildirir ki, badam tərkibi vitaminlərlə zəngin olduğu qədər, pəhriz saxlayanlar da ondan bol istifadə edə bilər.

Bir ovuc badam 163 kaloridir, tərkibində zeytunyağında olan yağlar var. Tərkibi omeqa, liflər və proteynlə zəngindir. ürək sağlamlığı üçün xeyirlidir. Xolesterinlə mübarizə aparır.

Badamın içərisində antioksidan var. Çiy badam yemək bədən üçün xeyirlidir. Stressi azaldır, orqanizmdə baş verən iltihablaşmanı aradan qaldırır.

Tərkibi maqneziumla zəngindir. Bir ovuc badam yemək bədəndəki maqnezium çatışmazlığının 20 faizini qarşılayır.