DSMF-nin gəlir və xərcləri artırıldı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərcləri artırılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, DSMF büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268,0 milyon manat təşkil edəcək.