Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam - Zabux kənd sakini

Bu gün sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm.Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam.

Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam - Zabux kənd sakini
Bu gün sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm.Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Ənvər Vəliyev deyib.

O qeyd edib ki, doğma torpaqdan ayrı yaşamaq çox çətin idi. "Mən oradan çıxanda 25 yaşım var idi, indi 55 yaşım var. Heç kimə bu acı həyatı yaşamağı arzu etmirəm. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar bizə bu sevinci yaşatdı. 30 ildən sonra doğma vətənimizə qayıdırıq", - deyə o qeyd edib.

meqale.com