Dəhşətli qəza - avtobus yük maşını ilə toqquşdu: 8 nəfər ölüb, onlarla yaralı var
Boliviyada Puerto Suares və Santa Kruz şəhərləri istiqamətində hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.
Qəzanın avtobusun qarşıdan gələn yük maşınının yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.