Dadlı pizzanın 3 sirri
Məşhur aşpaz Vladimir Filimonov dadlı pizzanın sirrini bölüşüb.
meqale.com Rusiya mətbuatına istinadən xəbər ki, aşpaz bunun üçün 3 məhsuldan istifadə etməyi tövsiyə edib.
O, həm də bu məhsulların faydalarından söz açıb.
Bolqar bibəri
O, bildirib ki, tərəvəz C, E vitaminləri, həmçinin dəmir, kalsium, kalium və maqneziumla zəngindir. Mütəxəssis iddia edir ki, bolqar bibəri sağlamlığın qeydinə qalan əla köməkçidir. Vitamin C immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin dərinin elastikliyini qoruyur. Vitamin E qan dövranını yaxşılaşdırır, dəmir hemoqlobin səviyyəsini tənzimləyir, kalsium dayaq-hərəkət sistemi üçün faydalıdır, kalium sinir sistemini sabitləşdirir, maqnezium isə bədəni enerji ilə təmin edir. Göyərti
Kələm, aysberq, ispanaq və digər göyərti növləri əsl vitamin və mikroelementlər anbarıdır. Rokolanın tərkibində B vitaminləri, sink, selen və mis var. Bu, orqanizmi təmizləməyə, artıq mayeni çıxarmağa kömək edir. Aysberq kahı yarpaqları 95% sudan ibarətdir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran K vitamini və qanı stimullaşdıran fol turşusunu ehtiva edir. Kələm C, B qrupu, həmçinin A vitaminləri ilə zəngindir. Onlar dərinin yaşlanma prosesini ləngidir, selikli qişaları nəmləndirir, həmçinin maddələr mübadiləsini sürətləndirir.
Göbələk