Cüdoçumuz İslamiadada qızıl medal qazandı

Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edib.

Cüdoçumuz İslamiadada qızıl medal qazandı
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edib.

meqale.com xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən yarışlarda komandamız 1 qızıl və 2 bürünc medal əldə edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb. Eyni çəkidə yarışan Aytac Qardaşxanlı və 90 kq-da çıxış edən Elcan Hacıyev isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) də bu oyunlarda qızıl medal qazanıb.