"Neftçi" Misir klubu ilə heç-heçə etdi

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

meqale.com xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramidis"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.