Cəlilabadlı kişi Dağıstanda faciəvi şəkildə öldü

Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində ölüb.

Cəlilabadlı kişi Dağıstanda faciəvi şəkildə öldü
Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq dünyasını dəyişib.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.