Cadenza orkestrinin “Oktyabr palitrası”... - VİDEO - FOTO

Cadenza Contemporary Orchestra Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün növbəti konsertini keçirdi. Sentyabr ayında Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi festivalı çərçivəsində keçirilmiş konsertlə mövsümə başlayan orkestr, "Oktyabr palitrası" adlı bu dəfəki konsertində də yeni, uzun illər əvvəl səslənmiş yaxud ilk dəfə ifa olunan əsərlərə üstünlük vermişdi.

"Oktyabr palitrası" konsertində Alexandra Filonenkonun "Fleur" (solist Qleb Xoxlov), Witold Lutoslawskinin "Rəqs prelüdləri" (solistlər Məhəmmədəli Paşazadə, Fəqan Həsənli), Səid Qəninin "Tokkata" (solist Humay Qasımzadə) və İqor Stravinskinin "Dumbarton Oaks" əsəri ifa olundu. Ənənəvi olaraq, ön sözlə çıxış edən musiqişünas Şəfaqət Məmmədova bəstəkarların həyat və yaradıcılığından, ifa olunacaq əsərlərin tarixindən qısaca bəhs edərək, XX əsr bəstəkarlarının dünya musiqi tarixindəki yerini müəyyən edən maraqlı faktları da konsertə gələnlərlə bölüşdü. Konsertin final əsəri olan "Dumbarton Oaks" 80-ci illərin əvvəllərində ifa olunsa da müstəqil Azərbaycanda Cadenza Contemporary Orchestra (dirijor, konsertmeyster Samir Əsədov) tərəfindən ilk dəfə səsləndi. Dahi İ.Stravinskinin 1937-ci ildə kamera orkestri üçün yazdığı əsər mürəkkəb ifaçılıq üslubu, həmçinin neoklassisizm cərəyanına xas olan parlaq səs rəngi ilə orkestrin ifasında yeni nəfəs qazandı.

Qeyd edək ki,  Türkər Qasımzadənin bədii rəhbərliyi ilə 2021-ci ildən fəaliyyət göstərən Cadenza Contemporary Orchestra musiqi tarixinin ən maraqlı, mürəkkəb, xüsusi əsərlərindən təşkil olunmuş konsert proqramları ilə mütəmadi olaraq hadisəyə çevrilir və  sanki akademik musiqinin gündəmini təyin edir.