Buzovnada 46 yaşlı kişini avtomobil vurub
Bakının Xəzər rayonunda yol qəzası zamanı piyada ağır xəsarət alıb.
meqale.com report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü İsrafilov İlqar Vuqar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.