"Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!” - Həmin uşaqlarla bağlı məsələ qaldırıldı
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə gecə saatlarında sosial şəbəkədə fərdi təhsilə yönləndirilməsi gecikən 3 şagirdlə bağlı məsələ qaldırıb.
meqale.com xəbər verir ki, o, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ağazadə Məktəbəqdər və Ümumtəhsil üzrə Dövlət Agentliyini məsuliyyətsizlikdə ittiham edib.
Ağazadə paylaşımında bildirib ki, 14 noyabrda 3 sakin barədə status yazıb. 17 noyabrda onlara "həftənin birinci günündən fərdi təhsilə gedəcəklər" deyilsə də, sonrakı günlərdə qərar uzadılıb:
"Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə "hələ gözləyək" idi. 16 yaşlı, 3-cü sinfə fərdi təhsilə gedəcək qızımız artıq getməyəcək! Depressiv vəziyyətdədir, paltarlarını kəsib-doğrayıb. Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!"
Səhər saatlarında isə məsələ ilə bağlı ona rəsmi geri dönüş edilib.
Kəmalə Ağazadə yeni açıqlamasında bildirib:
"İş saatı başlayan kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Bəşarət müəllim zəng edərək məlumat verdi ki, müraciətimiz üzrə artıq qərar verilib. 314 saylı məktəbin direktoru Səfa müəllimə tapşırıq göndərilib. 3 uşaq 1 dekabr 2025-ci ildən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək".