Bu şəxslərə mənzil veriləcək
Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bu il min mənzilin təqdim edilməsi nəzərdə tutulub.
meqale.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslərə nazirlik tərəfindən postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib.