Bu proqram komputerlərdən silinəcək

"Microsoft"un 2017-ci ildə təqdim etdiyi "Paint 3D" qrafik redaktorunu istifadədən çıxarmaq niyyəti məlum olub.

Bu proqram komputerlərdən silinəcək
"Microsoft"un 2017-ci ildə təqdim etdiyi "Paint 3D" qrafik redaktorunu istifadədən çıxarmaq niyyəti məlum olub.

meqale.com unikal-a istinadən xəbər verir ki, "Paint 3D" artıq "Windows 11"-lə işləyən qurğulara daxil edilməyib, lakin redaktoru hələ də "Microsoft Store" proqram mağazasından yükləmək olar. Lakin noyabrın 4-də bu xidmət də aradan qaldırılacaq.

Eyni zamanda, "Paint 3D" hələ də "Windows 10"da mövcuddur və klassik redaktorda da "Paint 3D"ə keçmək üçün düymə var.