Bu ölkədə rusiyalı oliqarxın əmlakına həbs qoyuldu
Çexiyada rusiyalı oliqarx Vladimir Yevtuşenkov və oğlu Feliksin əmlakına həbs qoyulub. Bundan əvvəl isə Çexiya hökuməti Yevtuşenkovları milli sanksiyalar siyahısına daxil edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Çexiyanın maliyyə departamenti Yevtuşenkova məxsus bir neçə çex firmasının ümumi məbləği 100 milyon kron (təxminən 4,6 milyon dollar) olan hesablarını və əmlakını dondurub. Onların arasında elektrik detallarının istehsalı ilə məşğul olan şirkət də var.
Hakimiyyət bundan əlavə, oliqarxa məxsus Karlovı Varıdakı beşulduzlu otel-sanatoriya "Savoy Westend"i də müsadirə edib.
Məlumatda bildirilir ki, Vladimir Yevtuşenkovun Çexiyanın kurort şəhərindəki əmlakının ümumi dəyəri 500 milyon krondan (təxminən 23 milyon dollar) çoxdur.