Ağ Evdə ürəyi getdi - aləm bir-birinə dəydi - VİDEO - FOTO
Novo Nordisk" şirkətinin səhiyyə üzrə rəhbərlərindən biri olan Qordon Findli Ağ Evdə çəki azaltma dərmanları barədə keçirilən tədbir zamanı huşunu itirib.
meqale.com xəbər verir ki, hadisə ABŞ Prezidenti Donald Tramp, Səhiyyə və İnsan Xidmətləri naziri Robert F. Kennedi Jr. və həkim Mehmet Özün iştirakı ilə keçirilən GLP-1 dərmanları ilə bağlı elan zamanı baş verib. Findli yıxıldıqdan sonra tədbir dərhal dayandırılıb və jurnalistlər otaqdan çıxarılıb.
Ağ Evin mətbuat katibi Karolin Levitt hadisəni təsdiqləyib və bildirib ki, vəziyyət nəzarət altındadır: "Tədbir zamanı şirkət nümayəndələrindən biri huşunu itirdi. Ağ Evin tibbi personalı dərhal müdaxilə etdi və həmin şəxs hazırda yaxşıdır. Mətbuat konfransı qısa fasilədən sonra davam edəcək."
Tədbir zamanı Tramp, Eli Lilly və Novo Nordisk şirkətləri ilə əldə olunan razılaşmanı açıqlayıb. Razılaşmaya əsasən, bəzi piylənmə əleyhinə dərmanlar ABŞ vətəndaşları üçün aylıq təxminən 150 dollara satışa çıxarılacaq.
Hadisənin baş verdiyi an, "Eli Lilly" şirkətinin baş direktoru Devid Ricks çıxış edirdi. Findli yıxıldıqdan sonra həkim Mehmet Öz ona kömək etmək üçün dərhal yaxınlaşıb, Kennedi isə tibbi yardım çağırmaq üçün otağı tərk edib.