Bu, mənə Bakı səfərimi xatırladacaq – Moldovalı gənc gimnast

Bakıya ilk səfərimi bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda qazanılan bürünc medal xatırladacaq.

Bu, mənə Bakı səfərimi xatırladacaq – Moldovalı gənc gimnast
Bakıya ilk səfərimi bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda qazanılan bürünc medal xatırladacaq.

Bu barədə  Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında (B qrupu) halqa ilə hərəkətlər proqramında bürünc medal qazanan, Moldova idmançısı Elizaveta Bodruq deyib.

"Bakıya yarışa gedəndə mükafatlar haqqında düşünmürdüm, əsas o idi ki, proqramı yaxşı təqdim edim. İndi də "Ocaq" kubokunun bürünc medalı Azərbaycanda keçirdiyi xoşbəxt günləri xatırladacaq", - deyə gənc gimnast bildirib.

Moldovadan olan idmançı qeyd edib ki, turnir zamanı o, iki proqram - alətsiz hərəkətlər proqramı və halqa ilə kompozisiya ilə çıxış edib:

"Bakıdakı Gimnastika Arenasında yarış döşəyinin üzərinə çıxanda yarışın miqyasını hiss edirsən. Şadam ki, həmin turnirdə iştirak etmək imkanım oldu".

Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci "Ocaq" Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun