Bu İrəvan ilə Bakı arasında həll olunmalıdır - Lavrovun müavini
Qarabağdakı separatçıların "liderlər"inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarma qurumun keçmiş "rəhbər"lərinin Azərbaycan tərəfindən saxlanılması və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.
Nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır.