Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

Bu gün ikinci Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

meqale.com xəbər verir ki, üçüncü Qədr gecəsi martın 22-də, sonuncusu isə 26-da olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Qeyd edək ki, Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.