Bu da Günayın 16 saata ərsəyə gətirdiyi YENİ KLİPİ - VİDEO
Bir neçə gün əvvəl 33 yaşına qədəm qoyan müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.
Sənətçi sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana məxsus "Nədir eşq?" adlı yeni mahnısını ekranlaşdırıb. İbrahimli bu dəfə də klipinin ekran həyatını "Delee Oruclu"ya (Cavid) həvalə edib. Ekran işində 90-cı illərin ab-havası və tərzi var.