BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Saziş təsdiqlənib
"Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair" Sazişin təsdiq edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.
meqale.com