Böyük Britaniya Baş nazirinin evi yandı
Böyük Britaniyanın Baş naziri Keir Starmerin evində yanğın baş verib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, polis, bazar ertəsi səhər tezdən Keir Starmerə məxsus şimali Londondakı evdə yanğın baş verdiyini açıqlayıb.
Hadisə nəticəsində evin qapısı zərər görüb, lakin heç kim xəsarət almayıb.
Hazırda ailəsi ilə birlikdə Downing Street-dəki rəsmi iqamətgahında yaşayan Starmerin bu dörd otaqlı evi icarəyə verdiyi bildirilir.