Boksçumuz İslamiadada qızıl medal qazandı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində davam edən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları da yekunlaşmaq üzrədir.
meqale.com xəbər verir ki, Azərbaycanı təmsil edən boksçu Səidcəmşid Cəfərov (80 kq) final görüşündə Türkiyə idmançısı Sultan Osmanlını məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.