Blinken bu gün Pekinə səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Çinə səfər edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, dövlət katibinin səfəri iki gün davam edəcək.
Pekində E.Blinken Çinin xarici işlər naziri Tsin Qan və ola bilsin ki, Çin Prezidenti Si Cinpin ilə görüşəcək.
Dövlət Departamentindən bildirilib ki, E.Blinken "ABŞ-Çin münasibətlərinin məsuliyyətli idarə olunması üçün kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyini müzakirə edəcək".
Qeyd edək ki, Entoni Blinken 2018-ci ildən bəri Çinə səfər edən ilk ABŞ dövlət katibi olacaq.