Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir.

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir
Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.