“Beşiktaş”ın tarixə düşəcək transfer həmləsi - FOTO
Azarkeşlərə pis mövsümü unutdurmaq üçün növbəti mövsüm üçün transfer kampaniyasına artıq start verən "Beşiktaş"ın İtaliya A Seriyasının "Empoli" komandasında çıxış edən yeni zellandiyalı sol cinah müdafiəçisi Liberato Kakaseni heyətinə qatmaq istədiyi iddia edilib.
meqale.com xarici KİV-ə istinadla bildirir ki, 24 yaşlı futbolçu "ağ-qaralar"a transfer olunarsa, o, klubun tarixində ilk Yeni Zelandiya futbolçusu olacaq.
Kabus mövsümünü unutdurmaq üçün "Beşiktaş" növbəti mövsüm üçün heyət planlaması və transfer işlərinə başlayıb.
"Beşiktaş"ın İtaliya A Seriyasının "Empoli" klubunda çıxış edən yeni zelandiyalı sol cinah müdafiəçisi Liberato Kakasenin arxasınca getdiyi iddia edilib. İtalyan jurnalist Nikolo Skira'nın xəbərinə görə, "ağ-qaralar" mövsümün sonunda 24 yaşlı futbolçu üçün İtaliya komandasının qapısını döyməyə hazırlaşır.
Sözügedən transfer reallaşarsa, Liberato Kakase "Beşiktaş" tarixində ilk yeni zelandiyalı futbolçu kimi qeyd olunacaq. Kakase həm sol cinah müdafiəçisi, həm də yarımmüdafiənin solunda və mərkəz müdafiəçisi kimi çıxış edə bilər.