Bellinqem Ronaldonun rekordunu qırdı
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem Kriştiano Ronaldonun rekordunu qırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı oyununda (4:0) dubla imza ataraq buna nail olub.
20 yaşlı oyunçu bu mövsüm "Real"ın heyətində bütün yarışlarda meydana çıxdığı 10 oyunda 10 qol vurub və 3 qolu ötürməsini verib. Bu, Kriştiano Ronaldonun "kral klubu"nda ilk 10 oyununda əldə etdiyindən çoxdur - 10+1. Beləliklə, Bellinqem bu göstəricidə portuqaliyalı hücumçunu üstələyib.