Belə yeyiləndə saatlarla tox saxlayır - Dənəsi 15 qəpiyə düşür
Xurmanın badam, püstə və ya qozla birlikdə yeyilməsi orqanizmdə qanda şəkərin daha sabit səviyyədə qalmasına və enerji balansının qorunmasına kömək edir.
meqale.com xəbər verir ki, xurma yüksək təbii şəkər tərkibinə malik olduğundan tək qəbul edildikdə qlükozanın sürətlə yüksəlməsinə səbəb ola bilər, lakin qoz-fındıqla birlikdə istifadə edildikdə bu proses yavaşıyır.
Badamın tərkibindəki zülal və sağlam yağlar toxluq hissini uzadır və enerjinin tədricən sərbəst buraxılmasını təmin edir. Püstə sinir sistemi və əzələ fəaliyyəti üçün əhəmiyyətli minerallar hesabına enerji davamlılığını dəstəkləyir. Qoz isə omeqa-3 yağ turşuları vasitəsilə beyin fəaliyyəti və ürək-damar sistemi üçün müsbət təsir göstərir.
Ümumilikdə, bu kombinasiyalar maddələr mübadiləsinin daha balanslı işləməsinə, aclıq hissinin gecikməsinə və gün ərzində fiziki və zehni fəaliyyət zamanı enerji dalğalanmalarının azalmasına şərait yaradır.
Müsbət təsirin qorunması üçün porsiya ölçülərinə diqqət yetirilməli, həddindən artıq qəbuldan çəkinilməlidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında xurmanı konfet kimi belə formalarda içərisində badamla satırlar.