Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ
Son dövrlərdə "WhatsApp" istifadəçilərinə qarşı icazəsiz giriş cəhdlərinin sayı artıb.
meqale.com-a Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçilərin hesablarına girməyə çalışırlar.
Bu üsulla vətəndaşlardan SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodları ələ keçirilir. Kodlar paylaşıldığı halda istifadəçilərin hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Nəticədə şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsi riski yaranır.