Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib”
"Çox çətin və gərgin oyun keçdi".
meqale.com xəbər verir ki, bunu İdman.Biz-ə "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Portuqaliyadakı oyunundan qayıdan 27 yaşlı futbolçu bildirib ki, yaxşı və sərfəli nəticə qazanıblar: "Amma buna baxmayaraq, işimiz hələ bitməyib. Qarşıda bizi daha çətin oyun gözləyir. Bakıdakı matçda daha yaxşı oyun sərgiləməyi bacarmalı və çox diqqətli olmalıyıq. Buna görə də yaxşı şəkildə hazırlaşacağıq. Bakıda da qələbə üçün də əlimizdən gələni edəcəyik".