Bədii gimnastlarımızdan dünya çempionatında növbəti medal

Azərbaycanın qrup komandası bədii gimnastika üzrə yeniyetmələr arasında 2-ci dünya çempionatında beş topla hərəkətdə bürünc medal qazanıb.

Bədii gimnastlarımızdan dünya çempionatında növbəti medal
Azərbaycanın qrup komandası bədii gimnastika üzrə yeniyetmələr arasında 2-ci dünya çempionatında beş topla hərəkətdə bürünc medal qazanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, çempionat Rumıniyanın Kluj-Napoka şəhərində keçirilir.

Azərbaycan komandasının tərkibində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıb.

Daha əvvəl komandamız 5 iplə hərəkətlərdə də bürünc medal qazanmışdı.

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı.