Barselona: “Messini qaytarmaq istəyirik”

"Şərtlər uyğun olduğu anda Messini qaytarmaq istəyirik".

Barselona: “Messini qaytarmaq istəyirik”
"Şərtlər uyğun olduğu anda Messini qaytarmaq istəyirik".

meqale.com "report"a istinadən bildirir ki, bunu İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Eduard Romeu yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, argentinalı ulduz futbolçu yenidən Kataloniya klubunun formasını geyinməyə layiqdir: "Biz Messinin dönüşünü həyata keçirməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Lionel Messi yay fasiləsində ABŞ klubu "İnter Mayami" ilə 2025-ci ilin dekabrına qədər müqavilə bağlayıb.