Bakının mərkəzində rəzil səhnə alınmadı
Ərəblərdə "rəzil" kəlməsi bir insanı səciyyələndirmək üçün ən aşağılayıcı ifadələrdən biridir. Ssenarisi qurulan və oyunçuları da seçilən səhnə həddən artıq mənəviyyatsız, ləyaqətsiz məqsədlər edilirsə, bunun bir adı var - rəzillik.
Bu gün saat 15.00-da Bakının mərkəzində, Fəvvarələr Meydanında da "Söyüdlü olayları ilə bağlı etiraz aksiyası" təşkil etmək istəyənlərin məqsədi baş tutmadı.
Əsas təşkilatçı kimi özünü təqdim edən Tural Sadıqlı indi hakimiyyəti, maüxalifəti, medianı, sosial şəbəkə istifadəçilərini, xarici ölkələrin Azərbaycandakı səfirliklərini və beynəlxalq təşkilatları suçlayır.
Almaniyaya sığınaraq "Azad Söz" YouTube kanalı vasitəsilə əvvəllər müxtəlif məmurların və iş adamlarının sifarişlərini, kompromat izharı tələblərini yerinə yetirən, indisə İranın xüsusi xidmət strukturları ilə əməkdaşlıq etməsi ilə bağlı iddiaların səngimədiyi Tural Sadıqlının hiddəti anlaşılandır.
O, bu gün, Azərbaycan polisinin yaradılmasının 105 illiyinin qeyd olunduğu gün Bakının mərkəzində aksiya təşkil etməklə bəlli niyyətini reallışdırmaq istəyirdi.
Təbii ki, aksiya sanksiyalaşdırılmamış və qanunsuz olduğundan polis əməkdaşları olaya müdaxilə edəcəkdilər, aksiya iştirakçıları saxlanılacaqdı.
Tural Sadıqlının Bakıdakı "müstəqil və azad müxbir"ləri adlanan əlaltıları da baş verənləri smartfonlarla çəkəcək, sosial şəbəkələrdə paylaşacaq, Azərbaycan polisinin "sərtliyindən və qəddarlığı"ndan bəhs edəcəkdilər.
"Söyüdlü olayları ilə bağlı etiraz" adı ilə qarşıdurma yaradılacaq, Azərbaycan polisinin peşə bayramında asayiş keşikçiləri mənfi obrazda təqdim ediləcək, "hakimiyyətə qarşı" növbəti marazm topluları açıqlanacaqdı.
Lakin Sadıqlının ssenarisi həddən ziyadə primitiv və antigigiyenik olduğundan hətta Azərbaycan müxalifətinin radikal düşərgəsindəki şəxslər belə, oyuna qatılmadılar.
Sadıqlı AXCP, Müsavat və digər partiyaların liderlərinə müraciət etdi, bu təşkilatların üzvlərini "aksiya"ya səslədi. Hətta bir zamanlar yaxın tərəfdaşı və "əqidədaşı" olmuş şəxslərin belə, indi barəsində qeyri-senzur ifadələrlə danışdığı, onu qanuna və əxlaqa zidd ağır əməllərdə suçladığı Sadıqlının çağırışlarını eşidən olmadı.
İş o yerə çatdı ki, "Tural Sadıqlı, 80 min avromu ver!" naləsi ilə sürəkli olaraq "haqq-ədalət" axtaran sosial şəbəkələr kloşarı, Fransadakı ermənilərin çox fəal dəstəklədikləri, "bloqer" fəaliyyəti mənəvi-etik və əxlaqi kriterilərdən çox uzaq Məhəmməd Mirzəli adlı məxluq belə, Tural Sadıqlının "aksiya çağırışı"nı mənfi dəyərləndirdi.
Azərbaycandan çox uzaqda, məlum təşkilatların himayə ağuşuna sığınaraq məlum simasızlıqla fəaliyyətini "hakimiyyətə qarşı mübarizə" kimi qələmə verməyə çalışan T.Sadıqlı bu gün ümidlərinin puç olmasından dolayı pərişandır.
"Qoy bazar günü keçsin, bütün ikiüzlüləri böyük auditoriyalarda biabır edəcəm. Özləri bir zibilə yaramırlar, buraxasan, ancaq facebookda səhər axşam yazsınlar, başqalarının işinə isə ləkə yaxırlar. Ayıb olsun! "Oturmusan orda, burda mitinq təyin edirsən!" deyənlər olacaqsa, onlara da deyirəm: Sizin Avropaya saxta sənəd verib göndərdiyiniz neçə nəfər "müxalifətçi" var ki, burda oturub mənim etdiyimi edirlər?!" - T.Sadıqlı Facebook profilində yazıb.
Özünü bir zibilə yarayan hesab edən Sadıqlı növbəti dəfə fiaskoya uğradı.
Proseslərin gedişatında qeyri-adi və ya təəccüblü heç nə yoxdur.
Özlərinə "müstəqil ictimai xadim", "müxalifətçi" deyənlərin total əksəriyyəti ikiüzlü və maskalı fiqurlardır. Onların arasında "lider" sayılanlar saxta sənəd alveri edərək Avropaya sığınacaq almaq üçün yollananları aldadaraq qarə edir, Avropa olanları isə "demokratik dəyərlər və insan haqları uğrunda mübarizə fəaliyyəti" adı ilə ən yaxşı halda qrantlar alır, ən pis halda isə müxtəlif dövlətlərin agenti olurlar.
Həmin dövlətlərin arasında isə İran "müstəqil bloqer"ləri ələ almaqda xüsusilə fəaldır.
Bakıdakı siyasi fırıldaqçılarla Bakıdan uzaqda olub ölkə paytaxtında siyasi fırıldaqlar etmək istəyənlərin boğuşması isə maraqlı mənzərədir.
Əqidə, məfkurə, mövqe savaşı yox, adi pul davasıdır.
Zavallılar...
Orxan Hun meqale.com