Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.

meqale.com xəbər verir ki, bu barədə modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatında bildirlib.

Rəsmi məlumata görə, ötənilki qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 50.44%-dir.

Qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib. 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı şəhərinin aşağıdakı təhsil ocaqlarının adları düşüb:

İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya; Humanitar fənlər təmayüllü məktəb-lisey; Texniki humanitar lisey; 2 saylı texniki-humanitar lisey; 147 saylı texniki-humanitar təmayüllü lisey; İ.Hacıyev adına "Tərəqqi" liseyi; "Zəngi" liseyi; 291 saylı Ekologiya liseyi; 287 saylı "Zəkalar" liseyi; "Ankara Məktəbi" məktəb-liseyi; 62 saylı məktəb-lisey; 70 saylı məktəb-lisey; 220 aylı məktəb-lisey; 145 saylı tam orta məktəb; 161 saylı tam orta məktəb; 260 saylı tam orta məktəb.