Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti

70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu məlum olub.

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti
70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu məlum olub.

meqale.com xəbər verir ki, müğənninin əsas gəlir mənbəyi onun fərdi sahibkarlıq fəaliyyətidir. Onun şirkətinin fəaliyyət sahələrinə konsertlər, kino, radio, reklam, tərcümə və hətta məhsulların qablaşdırılması daxildir.

Müğənni dövlət səhnələrində fəal çıxış edir. 2024-cü ildə o, ümumi məbləği 5,6 milyon rubl olan üç dövlət müqaviləsi bağlayıb. Bununla yanaşı, Larisa Dolinanın korporativ tədbirdə çıxışının qiyməti 3,5-4,5 milyon rubl arasında dəyişir.

Sənətçinin Moskva vilayətində iki torpaq sahəsi var. Bundan əlavə, onun Xamovnikidə bir mənzili olub - bu mənzil yaxınlarda telefon fırıldaqçıları ilə bağlı qalmaqala səbəb olub.

Dolina həmçinin xaricdə də daşınmaz əmlaka malikdir o, Latviyanın Yurmal şəhərində ümumi dəyəri təxminən 96 milyon rubl olan iki mənzilə sahibdir.

Müğənni Toyota Alphard markalı prestijli avtomobildə hərəkət edir və onun iki şəxsi sürücüsü var.