Bakıda 72 yaşlı qadın qazdan boğulub ÖLDÜ
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
meqale.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayon sakini, 1954-cü il təvəllüdlü Sədiqə Mahmud qızı Hüseynovanın meyiti yaşadığı evdə aşkar edilib.
Onun dəm qazından boğulduğu ehtimal olunur.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.