Azərbaycanın məşhur müğənnisi ikinci dəfə infarkt keçirtdi

Müğənni Musa Musayevin səhhətində problem yaranıb.

Azərbaycanın məşhur müğənnisi ikinci dəfə infarkt keçirtdi
Müğənni Musa Musayevin səhhətində problem yaranıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçinin müğənni həyat yoldaşı Təranə Qumral "7 tamam" verilişində danışıb. O, Musa Musayevin bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirdiyini bildirib:

"Birinci dəfə infarkt keçirəndə gizli saxlamışdıq. İstəmədik ki, kimsə bilsin. Mikroinfarkt keçirib, ürək damarlarına 3 stent qoyulub. Hazırda evdə müalicə alır".