Azərbaycanın hücuma məruz qalan səfirliyindən FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb.
meqale.com-ın məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.
Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMW markalı maşın ciddi zərər görüb.
Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.
Ukraynanın hüquq-mühafizə orqanları - polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.
Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.
Hadisə yerində çəkiliş aparan AnewZ TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük - Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş