Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər - VİDEO - FOTO
Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.
Konsertdən sonra furşet təşkil olunub. meqale.com