Azərbaycan ulduzları "Bakı payızı - 2023" müsabiqəsinin iştirakçılarını necə qiymətləndiriblər? - FOTO
Sentyabrın 16-da başlayan "Bakı payızı-2023" istedadlar müsabiqəsi uğurla davam edir.
meqale.com xəbər verir ki, layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor - Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
Oktyabr ayının 21-i və 22-də vokal üzrə müsabiqənin 1-ci turunun növbəti yarışmaları baş tutdu. Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva çıxışları qiymətləndirdi.
Yekun nəticələrə görə toplanan xalar:
1-ci turun 3-cü bölümü üzrə Hidayet Eliyev - 51 xal Fidan Elekberova - 54 xal Könül Manel - 57 xal Taleh Resulov - 52 xal Araz Hümbetli - 58 xal Ayten Oruceliyeva - 54 xal Nazile Eliyeva - 39 xal Resid Mikayilov - 55 xal
1-ci turun 4-cü bölümü üzrə Anar Aqayev - 56 xal Təbriz Qəffar - 59 xal Tərxan İbrahimov - 55 xal Mədinə Mirzəyeva - 40 xal Əli Muradov - 52 xal Cəmil Bağırov - 46 xal Emin Qəmərlinski - 58 xal Nigar Tağıyeva - 48 xal Josef Okpamen - 41 xal
Xatırladaq ki, müsabiqə həftədə 2 dəfə - hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanır, Mədəniyyət kanalında isə həmin günlər saat 23:00 -da təkrarlanır.
Efir:
https://www.youtube.com/watch?v=6qHGX0juL3M
https://www.youtube.com/watch?v=YxhsYnbZcro
Qeyd edək ki, Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.
Biletləri əldə etmək üçün: https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234