Azərbaycan millisində ciddi itki - Heyətdən çıxarıldı

"Neftçi"nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Azərbaycan millisində ciddi itki - Heyətdən çıxarıldı
"Neftçi"nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçiriləcək matçları buraxacaq.

Təcrübəli oyunçu sözügedən qarşılaşmalara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.