Avropa və Konfrans Liqasında finalçılar bəlli oldu

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Avropa və Konfrans Liqasında finalçılar bəlli oldu
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

meqale.com xəbər verir ki, "Budyo Qlimt" Norveçdə İngiltərə"Tottenhem"inə 0:2 hesabı ilə uduzub.

Digər cütlükdə isə "Mançester Yunayted" evdə "Atletik"i 4:1 hesabı ilə məğlub edib.

İlk görüşdə "Tottenhem" 3:1, "Mançester Yunayted" isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

Bu nəticələrlə Avropa Liqasının final oyunununda mayın 21-i İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda "Tottenhem" və "Mançester Yunayted" qarşılaşacaq.

UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Çelsi" İngiltərədə "Yurqorden"i 1:0 udaraq finala yüksəlib.

İspaniyanın "Betis" klubu isə İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə uduzub. Əlavə vaxtda bir top vuran "Betis" həlledici oyunda "Çelsi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin final oyunu mayın 28-də Polşada olacaq.