Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji nəqliyyat körpüsü

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) son illər ərzində Avrasiya məkanında nəqliyyat əməkdaşlığının əsas platformalarından birinə çevrilib. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təhlükəsizlik və dayanıqlılığa tələbatın artdığı bir dövrdə TRACECA daha böyük strateji əhəmiyyət qazana bilib. Bu layihə təkcə infrastrukturu birləşdirən biri deyil, həm də region ölkələri arasında rəqəmsal inteqrasiya, harmonizasiya və multimodal logistika imkanları yaradan çevik mexanizmdir.

Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji nəqliyyat körpüsü
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) son illər ərzində Avrasiya məkanında nəqliyyat əməkdaşlığının əsas platformalarından birinə çevrilib. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təhlükəsizlik və dayanıqlılığa tələbatın artdığı bir dövrdə TRACECA daha böyük strateji əhəmiyyət qazana bilib. Bu layihə təkcə infrastrukturu birləşdirən biri deyil, həm də region ölkələri arasında rəqəmsal inteqrasiya, harmonizasiya və multimodal logistika imkanları yaradan çevik mexanizmdir.

TRACECA-nın inkişafı: rəqəmsal transformasiya və vahid logistika məkanının formalaşması

Son illər TRACECA ənənəvi nəqliyyat dəhlizindən rəqəmsal logistika sisteminə doğru sürətlə transformasiya edib. Bu dəyişikliklər daşımaların sürətini artırır, xərcləri azaldır və biznes üçün daha şəffaf mühit yaradır.

TRACECA çərçivəsində rəqəmsal həllər hansı üstünlüklər təşkil etməyə başlayıb?

eTIR və eCMR kimi elektron tranzit sənədlərinin tətbiqi;

yüklərin real vaxtda izlənməsi üçün rəqəmsal platformaların yaradılması;

tariflər, marşrutlar və ötürücülük qabiliyyəti üzrə vahid informasiya bazasının yaradılması;

sərhəd-keçid prosedurlarının avtomatlaşdırılması və harmonizasiyası.

TRACECA-ya üzv ölkələr dəhlizin keçdiyi istiqamətlərdə avtomobil yolları, limanları, dəmir yollarını və logistika mərkəzlərini modernləşdirir. Xüsusilə, Xəzər dənizi hövzəsində liman infrastrukturunun genişlənməsi dəhlizin rəqabət qabiliyyətini artırır.

Azərbaycanın TRACECA-dakı rolu: tranzit mərkəzi, etibarlı tərəfdaş və rəqəmsal yenilikçi

Azərbaycan coğrafi mövqeyinə və inkişaf etmiş logistika imkanlarına görə TRACECA-nın strateji mərkəzinə çevrilib. Ölkə Avropa ilə Mərkəzi Asiyanı, həmçinin Qafqaz regionunu vahid tranzit xəttində birləşdirən əsas həlqədir, o cümlədən: Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı TRACECA-nın əsas dəniz qovşağıdır, dəmir yolu şəbəkəsi Türkiyə, Gürcüstan və İran vasitəsilə Avropaya uzanır, avtomobil magistralları Xəzərin Qərb və Cənub istiqamətlərini daha sürətlə birləşdirir.

Həmçinin, Azərbaycan TRACECA çərçivəsində rəqəmsallaşma təşəbbüslərində fəal iştirak edir:

"Bir pəncərə" gömrük sistemi;

Elektron növbə və yükemalı xidmətləri;

Nəqliyyat icazələrinin rəqəmsallaşdırılması;

İnteqrasiya olunmuş izləmə sistemləri.

Bu yanaşma Azərbaycanın dəhlizdə etibarlı tranzit ölkəsi kimi mövqeyini daha da gücləndirir.

Eyni zamanda, Azərbaycan regionda iqtisadi və siyasi sabitlik nümayiş etdirərək TRACECA ölkələri ilə fəal əməkdaşlıq edir. Tarif siyasətinin şəffaflığı, daşımalarda çevik mexanizmlər və beynəlxalq standartlara uyğun böyük yükdaşıyıcı şirkətlər üçün cəlbedici xidmətlər təklif edir.

TRACECA və Mərkəzi Asiya

TRACECA Mərkəzi Asiya ölkələri üçün Avropaya ən qısa, təhlükəsiz və dayanıqlı marşrutlarından biridir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan bu dəhliz vasitəsilə:

Öz ixrac diversifikasiyasını artırır;

Xəzər üzərindən daşımalarını sürətləndirir;

Avropa bazarlarına daha səmərəli çıxış əldə edir;

Multimodal logistika həllərini genişləndirir.

Bu marşrut Mərkəzi Asiyada iqtisadi inteqrasiyanı gücləndirir və regionun qlobal ticarətə qoşulmasını sürətləndirir.

Avropa İttifaqı ölkələri üçün TRACECA-nın hansı faydaları var?

Etibarlı alternativ marşrut;

Tədarük zəncirlərinin şaxələnməsi üçün alət;

Mərkəzi Asiya ilə ticarət əlaqələrinin genişlənməsi üçün strateji imkan kimi qiymətləndirir.

TRACECA Avropaya daha sürətli, risksiz olan və nəqliyyat baxımından optimal həllər təqdim edir.

TRACECA-nın üçüncü ölkələr və iri yükdaşıyıcı şirkətlər üçün cəlbediciliyi

TRACECA getdikcə daha çox qlobal logistika şirkətlərinin maraq dairəsinə düşür. Bunun əsas səbəbləri vaxt qənaəti, etibarlılıq və təhlükəsizlik, multimodal imkanlar və rəqəmsal idarəetmə.

Nəticədə TRACECA Türkiyə, Çin, Avropa İttifaqı, Yaxın Şərq və Cənubi Asiya ölkələrindən olan daşıyıcılar üçün getdikcə daha cazibədar alternativə çevrilir.

TRACECA bu gün Avrasiya regionunda mühüm ticarət və logistika marşrutu olmaqla bərabər, həm də rəqəmsal transformasiya və regional inteqrasiyanın platformasıdır. Bu dəhliz Avropanı, Qafqazı və Mərkəzi Asiyanı vahid logistika məkanında birləşdirir və region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. İri yükdaşımalar, multimodal həllər və rəqəmsal idarəetmə TRACECA-nı gələcək onilliklər üçün daha da perspektivli layihəyə çevirir.