Avropa Birliyi bizə qarşı ədalətsizlik etdi - Gürcüstan baş naziri

2022-ci ildə Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusundan imtina etmək qərarı ədalətsizdir.

Avropa Birliyi bizə qarşı ədalətsizlik etdi - Gürcüstan baş naziri
2022-ci ildə Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusundan imtina etmək qərarı ədalətsizdir.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O qeyd edib ki, Moldova və Ukrayna tövsiyələri yerinə yetirmək öhdəliyi müqabilində əvvəlcədən AB-yə üzv olmaq üçün namizəd statusu alıblar.

"Bizim vəziyyətimizdə isə əksinə idi. Dedilər ki, biz əvvəlcə öhdəliyimizi yerinə yetirməliyik, sonra status alacağıq. Bu bizim üçün olduqca kədərli və ədalətsizdir",- deyə baş nazir əlavə edib.