Avro-2028-in finalı bu stadionda olacaq
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının açılış və final matçlarının keçiriləcəyi arenalar açıqlanıb.
meqale.com xəbər verir ki, açılış oyunu Uelsin paytaxtı Kardiffdə baş tutacaq, yarımfinal və final matçları isə Londondakı "Uembli" stadionunda keçiriləcək.
Turnirdə ümumilikdə İngiltərə, Şotlandiya, Uels və İrlandiya ev sahibliyi edəcək və 24 komanda mübarizə aparacaq. Əvvəlcə Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Casement Park" stadionunun da oyunlara ev sahibliyi etməsi planlaşdırılsa da, maliyyə səbəblərinə görə bu arena siyahıdan çıxarılıb.
Qeyd edək ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, 2028-ci il turnirində ev sahibləri - İngiltərə, Şotlandiya, Uels və İrlandiya - yarışda iştirak etmək üçün seçmə mərhələdən keçməli olacaqlar.