Zelenski Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan edir

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edəcəyini bildirib. Bu qərar Rusiyanın infrastruktur obyektlərinə ardıcıl hücumları nəticəsində elektrik enerjisinin verilişində yaranan ciddi kəsintiləri aradan qaldırmaq məqsədi daşıyır.

meqale.com xəbər verir ki, Zelenski "X" sosial şəbəkəsində bildirib ki, Ukraynanın bütün enerji sektoru üzrə fövqəladə vəziyyət rejiminə keçilir.

Bu addım enerji çatışmazlığını idarə etmək və dağıdılmış sistemləri daha sürətli bərpa etmək üçün atılıb.